“20 iyun böyük mübarizənin başlanğıcıdır” – SAAKAŞVİLİ ÇAĞIRIŞ ETDİ
19-06-2022, 10:15
“Gürcü cəmiyyəti özünün və vətənin müdafiəsini öz əlinə almalıdır və 20 iyun məhz bu “özünü qorumaq uğrunda mübarizə”nin başlanğıcıdır”.
Qafqaz.media xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin “Facebook” səhifəsində yerləşdirilmiş mesajında deyilir.
“Avropa ilə bağlı dünən baş verənlər Gürcüstan üçün geosiyasi fəlakətdir.
Hakimiyyət ya qaçanda, ya da açıq-aşkar düşmən tərəfində olanda belə olur. Tarixin girdabına düşmək istəmiriksə, gürcü cəmiyyəti özünün və vətənin müdafiəsini öz əlinə almalıdır.
20 iyun özünü qoruyub saxlamaq üçün bu böyük mübarizənin başlanğıcıdır”, - Mixail Saakaşvili deyir.