Erməni müxalifəti “müqavimət ocaqları” yaradır… - NÖVBƏTİ MİTİNQİN VAXTI AÇIQLANDI

19-06-2022, 10:25           
Erməni müxalifəti “müqavimət ocaqları” yaradır… -
“Bazar ertəsindən, iyunun 20-dən Ermənistan müxalifəti ölkənin regionlarında “müqavimət mərkəzləri” yaratmağa başlayacaq”.

Qafqaz.media xəbər verir ki, bu barədə parlamentin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib.

Onun sözlərinə görə, müxalifət növbəti mitinqini iyunun 24-də keçirəcək və növbəti mitinqlər həftəlik olacaq.

Ermənistan mətbuatı xəbər verir ki, müxalifətçilər hər çərşənbə günü də vətəndaşlarla görüşəcəklər.

Saqatelyan bildirib ki, müxalifət artıq müdafiə və təhlükəsizlik, sosial-iqtisadi, siyasi məsələlər üzrə komissiyalar yaradıb, beynəlxalq təşkilatlarla iş üzrə komissiya və strukturların formalaşdırılması davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru