“NÜVƏ MÜHARİBƏSİ İLƏ QALİB GƏLƏ BİLMƏZSƏN!” - NATO-nun baş katibi Rusiyanın nüvə təhdidləri ilə bağlı Putinə müraciət etdi
19-06-2022, 10:55
“NATO Rusiya diktatoru Vladimir Putinə nüvə müharibəsinə başlamaq təhdidləri ilə bağlı xəbərdarlıq edib”.
Qafqaz.media xəbər verir ki, bunu “Bild”-ə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.
"Rusiya nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Bununla belə, Rusiyanın “nüvə qılıncı”nı oynatması təhlükəlidir və məsuliyyətsizlikdir. Putin bilməlidir ki, nüvə müharibəsi ilə qalib gələ bilməz və bu müharibə heç vaxt aparıla bilməz", - deyə o bildirib.
Stoltenberq həmçinin etiraf edib ki, Ukraynada müharibə illərlə uzana bilər, ona görə də ona dəstək dayandırıla bilməz.