Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qəbul edib

30-06-2022, 00:36           
Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qəbul edib
Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını baxılmaq üçün qəbul edib. "Report" UNİAN-a istinadən xəbər verir ki, iyunun 23-də Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, onun rəhbərlik etdiyi idarə Rusiyaya qarşı yeni iddia qaldırıb.

İddiaya əsasən, Ukrayna Rusiya hakimiyyətini suveren əraziyə qanunsuz müdaxilə ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasını pozmaqda ittiham edir.

Sənəd müharibənin ilkin mərhələsində Rusiyanın insan hüquqlarını kobud şəkildə pozmasından bəhs edir.

İddia Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərər çəkmiş tərəflərə pul kompensasiyası verilməsini tələb edir.

Məlumata görə, Rusiya hərbi işğalının birinci mərhələsində itkilər azı 80 milyard ABŞ dolları təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru