Səudiyyə Ərəbistanı neftin qiymətini kəskin artırdı

6-05-2016, 01:39           

Səudiyyə Ərəbistanı Asiya bazarları üçün neftin qiymətini kəskin artırıb.
Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, iyun ayı üçün Asiyaya göndəriləcək neftin qiyməti 1,1 dolar artıb. «Financial Times»ın ekspertləri bildirir ki, bu artım son 14 ayda ən kəskin dəyişiklikdir və neftə olan tələbatın artacağının göstəricisidir.
Səudiyyə Ərəbistanının neft şirkəti «Aramco»nun bu gün mayın 5-də açıqlanan bəyanatında deyilir ki, «Arab Light»markalı neftin Asiya bazarları üçün rəsmi qiyməti barel üçün 1,1 dollar artırılıb. Qeyd edək ki, Səudiyyə Ərəbistanının ümumi neft ixracının təqribən yarısı Asiya bazarlarına yönəlib. «Arab Light»ın Avropa bazarları üçün də qiyməti artırılıb, amma bu nisbətən az olub – bir barel üçün 0,15 dollar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.