Rusiyanın Qərbi dəhşətə gətirən unikal silahı - VİDEO

8-04-2015, 12:33           
Rusiyanın Qərbi dəhşətə gətirən unikal silahı - VİDEO
Rusiyanın SSRİ zamanından bu yana qoruyub saxladığı müəyyən ballistik raket kompleksləri var ki, onların vasitəsilə bir anın içərisində dünyanın sonunu yaxınlaşdırmaq mümkündür.

Axar.az hazırda Qərbdə əsas qorxu mənbəyi olan bu rus raketinin xarakteristikasını təqdim edir.

P-36M 4-cü nəsil raket kompleksləri sırasına aiddir. SSRİ istehsalı olan bu raket qitələrarası ballistik raket xüsusiyyəti daşıyır. Qəribə məqam orasındadır ki, bu Sovet istehsalı raket NATO “SS-18 Mod.1,2,3 Satan” adı ilə təsnifləşdirmişdi.

Raketin hazırlanmasına 1969-cu ildə Ukraynanın Dnepropetrovsk şəhərindəki “Yujnoye” zavodunda başlanılıb. Raketin hazırlanması zamanı əsas üç mühəndisin rolu olub: Utkin, Yangel və Uralov.

İlk istehsal 1970-ci ildə olub. 1973-cü ildə isə P-36M ilk dəfə Kamçatka yarımadasında yerləşən Kura poliqonunda sınaqdan keçirilib. Bundan sonra raket 43 yoxlamadan keçib ki, onlardan 36-sında müsbət nəticə əldə olunub. 1975-ci ildə SSRİ Müdafiə Nazirliyi “Satana” (Şeytan) raketlərini silahlanmaya qəbul etdiyini bəyan edib.

SSRİ konstrukturları zaman keçdikcə P-36M raketlərini təkmilləşdirməyə başlayıblar. Bunun nəticəsində P-36M-in yeni versiyaları hazırlanıb. Bunlar Р-36М UТТХ (15А18), Р-36М2 (15А18М), Р-36М3 "İkar" raketləridir.

Keçən ay Ukraynanın “Yujnoye” zavodu bu raketlərin istehsalından tamamilə imtina etdiyini bəyan etdi. Buna əsas səbəb kimi Ukrayna böhranı göstərildi. Kiyevin məhz bu addımı Moskvada narahatlıqla qarşılandı. Rusiya hərbi ekspertləri isə təcili olaraq P-36M-in istehsalı üçün bütün vasitələrdən istifadənin lazımlığı ilə bağlı aktiv çıxışlar etdilər. Bəzi hərbi ekspertlər isə məhz bu raketlərsiz dünyada yaranmış Rusiya hərbi gücü adlı anlayışın yox olacağını bildirdilər.

Qərb hər zaman Rusiyanın hərbi bazalarında qalan bu raketlərdən qorxduğunu bəyan edib. ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və Çinin nüvə raketlərinə qarşı acizdir. Dünən çıxış edən ABŞ Müdafiə nazirinin nüvə siyasəti məsələləri üzrə müavini Eleyn Bann da Rusiyada olan bəzi raketlərin qarşısını heç bir raketdən müdafiə sisteminin almaq ixtiyarında olmadığını bildirib.

Ən maraqlı məqam isə 1987-ci ildə SSRİ-nin ilk və son prezidenti Qorbaçovun ABŞ-a ilk səfərindən sonra qeydə alındı. Məhz bu səfərdən bir neçə gün öncə Kamçatkada yerləşən P-36M raketləri Amerikanın ən məşhur 4 şəhərinə doğru istiqamətləndi. Həmin zaman canlı yayım edən Amerika televiziyaları isə bu 4 “Satana” ilə ABŞ-ı yer üzündən silməyin mümkün olduğunu bəyan etmişdilər.

P-36M “Satana” hazırda dünyada yeganə raketdir ki, onun qarşısını dünyadakı heç bir müasir raketdən müdafiə sistemi almaq imkanına malik deyil.

P-36M-in xarakteristikası:

Çəki: 211,4 ton
Diametr: 3 metr
Uzunluğu: 34,6 metr
Atdığı çəki: 7300 kiloqram
Maksimum uçuş məsafəsi: 11000-16000 kilometr
[media=https://www.youtube.com/watch?v=RBpLqIGfeho]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.