"Korrupsionerlərin London mülkləri müsadirə olunacaq"
12-05-2016, 15:49
Bu gün Londonda ilk dəfə olaraq Antikorrupsiya sammiti keçirilir. Sammit “Panama sənədləri” qalmaqalından sonra çağırılıb və baş nazir Devid Kemeronun təşəbbüsüdür.
Britaniya baş nazirinin şəxsən sədrlik edəcəyi bu zirvə toplantısında iştirakçı ölkələrin korrupsiyaya, çirkli pulların yuyulmasına və gizlədilməsinə qarşı mübarizəyə dair tədbirlər paketini qəbul edəcəyi gözlənilir. Sammitə maraq o qədər də yüksək deyil, cəmi 11 ölkə dövlət başçısı səviyyəsində təmsil olunur ki, onların da arasında nüfuzlu dövlətlərin başçıları yoxdur. ABŞ sammidə dövlət katibi Con Kerri ilə təmsil olunub. Rusiya tədbirə xarici işlər nazirinin müavini Oleq Sıromolotovu göndərib.
Korrupsiyaya qarşı mübarizə aparan fəallar sözü gedən sammitin ərəfəsində Londonu kəskin tənqid edir və bildirirlər ki, korrupsiya pullarının yuyulması və gizlədilməsi əsas etibarilə Britaniyanın özündə və ölkənin taxt-tac və ada ərazilərində baş verir.
Dünyada korrupsiya ilə mübarizə aparan ən böyük təşkilat - Transparency International bəyan edib ki, sammitin uğurlu sayılması üçün burada bir sıra konkret sazişlərin imzalanması mühümdür.
Transparency International təşkilatının özü də bir sıra tədbirlər təklif edib. Bunlar korrupsiya pullarının gizlədildiyi maliyyə mərkəzlərinin aşkarlanması, bahalı mülkləri alanların adlarının açıqlanması, korrupsiyaçılara viza verilməsindən imtina olunması, çirkli pulların yuyulmasına və gizlədilməsinə kömək edən bankirlərin, hüquqşünas və mühasiblərin təqib edilməsi, ölkələr arasında korrupsiya ilə mübarizəyə dair məlumatların paylaşılması daxildir.
Transparency International inanır ki, bu sammit uğurlu ola bilər, çünki burada korrupsiya ilə həqiqətən də mübarizə aparmaq istəyən ölkələr iştirak edir.
Lakin bu sammitdə hər halda diqqət ev sahiblərinin özündə olacaq.
Panama sənədlərindən varlı və qüdrətlilərin korrupsiyalı və çirkli pulları gizlətdikləri ofşorların əksəriyyətinin Britaniyanın taxt-tac və dəniz ərazilərində qeydiyyatdan keçdiyi bəlli olub. Ofşor şirkətlər İngiltərə və Uelsdə ümumi dəyəri 122 milyard funt sterlinq olan daşınmaz əmlaka sahibdir. Bu şirkətlərin əsl sahiblərinin kim olduqları gizli saxlanır.
Bütövlükdə Birləşmiş Krallığın 14 dəniz ərazisi və üç taxt-tac ərazisi var. Dəniz ərazilərindən 7-si və 3 taxt-tac ərazisi – Gernsi, Cersi və Men korrupsiyaya qarşı mübarizə fəallarının tərtib etdikləri siyahılara daxildir. Ən çox adı çəkilən ərazi Britaniyanın Vircin adalarıdır. Bu muxtar ərazi London sammitinə dəvət edilməyib. Vircin adalarına dəvətin göndərilməməsi onun ofşor şirkətlərin sahiblərinin adlarını açmaqdan qəti imtina etməsi ilə bağlıdır. Bu sammitdə Panama da iştirak etmir.
Britaniya iyun ayından G20 qrupundan öz ərazisindəki şirkət sahiblərinin və mənfəətdarlarının reyestrinə ictimai giriş verən ilk ölkə olacaq. Lakin bu qayda yalnız Britaniyanın öz ərazisində qeydiyyatdan keçmiş şirkətlərə şamil olunacaq. Vircin adaları kimi ərazilər müəyyən muxtariyyətlərindən fürsətlənərək bu işə qarışmırlar.
Bununla belə, baş nazir Devid Kemeron “The Guardian” qəzetinə yazdığı məqalədə bildirir ki, Londonda daşınmaz əmlak alan şirkətlərdən sahiblərinin və mənfəətdarlarının adlarının açıqlanması tələb olunacaq.
“The Guardian” yazır ki, İngiltərə və Uelsdə 100 min mülkün sahibi xarici şirkətlərdir. Belə mülklərdən 44 mini paytaxt Londonda yerləşir. “Biz öz daşınmaz əmlak bazarımızı təmizləyəcək və korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur” – Kemeron yazır.
Baş nazir bunu da əlavə edib ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan agentliklər mülk almaq istəyən əcnəbilərdən pulun mənşəyi və mənbəyini xəbər almalı olacaqlar. Onun sözlərinə görə, artıq alınmış mülklərin sahibləri pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda bu mülklər müsadirə olunacaq.
Kemeron habelə yazır ki, bu sammitdə böyük beynəlxalq idman tədbirlərindən korrupsiya məqsədləri üçün istifadənin qarşısının alınması yolları da müzakirə ediləcək.
“The Guardian” yazır ki, Fransa, Nigeriya və Hollandiya şirkət sahibliyinin ictimailəşdirilməsi barədə razılığa gəliblər. Vircin və Kayman adalarını çıxmaq şərti ilə daha 33 ölkə və ərazi bu razıalaşmaya qoşulacaq. Bununla belə, bir çox fəallar Vircin və Kayman adalarının ram edilməməsindən məyusluq bildirirlər. Britaniya hökuməti onların narahatlığını bölüşdüyünü deyir və qeyd edir ki, bu, böyük yolun yalnız başlanğıcıdır.
Sammitə qatılan dövlət başçıları arasında Nigeriya prezidenti Məhəmməd Buxari isə onun ölkəsini “fantastik dərəcədə korrupsiyalaşmış” adlandıran Devid Kemerona cavab verib. Buxari deyib ki, Kemerondan bu sözlərinə görə üzrxahlıq istəmir. Nigeriya korrupsionerlərinin Londonda saxlanılan pullarının geri qaytarılmasını tələb edir.
Bundan əvvəl baş nazir Kemeron kraliça 2-ci Yelizaveta ilə ayaqüstü söhbətində Nigeriyanın “fantastik dərəcədə korrupsiyalı” ölkə olduğunu demişdi. Media iddia edirdi ki, Kemeron bu sözləri deyərkən mikrofonların bağlı olduğunu zənn edibmiş. Londonda keçirilən antikorrupsiya sammitinin ərəfəsində çıxış edən Buhari deyib ki, onu üzrxahlıqdan daha çox Nigeriyadan oğurlanmış və Britaniya banklarına yatırılmış milyardlar maraqlandırır.
Britaniya mediası Kemeronun sözlərinin qalmaqal yaradacağını və Nigeriya prezidentinin qəzəbli reaksiyasına səbəb olcağını gözləyirdi. Lakin BBC-nin “Nigeriya fantastik dərəcədə korrupsiyalı ölkədirmi?” sualına cənab Buhari “Bəli!” cavabını verib.
O deyib ki, Nigeriyada onun başçılığı altında yeni hökumət təşkil olunduqdan sonra cənab Kemeronun dediklərinin həqiqət olduğu aşkara çıxıb.
Nigeriya Transparency International təşkilatının Korrupsiyanın Qavranılması 2015 İndeksində (Transparency International's 2015 Corruption Perceptions Index) 167 ölkə arasında 136-cı yeri tutur.
Bu yaxınlarda aşkarlanmış iki fakt Nigeriyadakı korrupsiyanın dəhşətli miqyaslarını göstərib. Ötən həftə Nigeriya vise-prezidenti Yemi Osinbajo deyib ki, ölkənin keçmiş hökuməti korrupsiyalı silah kontraktlarının köməyi ilə ölkə büdcəsindən 15 milyard dollar oğurlayıb.
Mart ayında keçirilmiş audit aşkar edib ki, Nigeriyanın dövlət neft şirkəti büdcəyə 25 milyard dolları ödəməyib. Londonda çıxış edən Nigeriya prezidenti korrupsiyanı “çoxbaşlı əjdahaya” bənzədib və deyib ki, ölkələrin təhlükəsizliyinə hədə yaradan korrupsiya “inkişaf etmiş və ya etməkdə olan ölkə” tanımır. O deyib ki, Nigeriyada korrupsiya dəhşətli miqyas alıb və onun hökuməti korrupsiya ilə sonadək mübarizə aparacaq. (“Azadlıq” radiosunun xülasələri əsasında)