Kişi aviabələdçilərə işdə ətək geyinmək icazəsi verildi

30-09-2022, 11:53           
Kişi aviabələdçilərə işdə ətək geyinmək icazəsi verildi
Avropanın ən böyük aviaşirkəti “Virgin Atlantic” ekipaj üzvlərinə geyim vasitəsilə cinsi kimliklərini ifadə etməyə icazə verib.

Artıq bütün kişi bələdçilər və pilotlar iş yerində ətək geyə bilərlər.

Həmçinin, xanım stüardessalara uçuşlarda fərdiliklərini ifadə etmək üçün “kişi forması” geyinmək izni verilib.

Həmçinin, artıq sərnişinlər reyslərə bilet alarkən “cins” qrafasında “gender-neytral” mənsubiyyətini qeyd edə biləcəklər.

Qeyd edək ki, bir müddət öncə “Virgin Atlantic” işçilərə döymələrini açıq şəkildə nümayiş etdirməyə də icazə verib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru