Qalmaqal: ABŞ 23 ildir beynəlxalq zəngləri dinləyirmiş

8-04-2015, 13:13           
Qalmaqal: ABŞ 23 ildir beynəlxalq zəngləri dinləyirmiş
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi amerikalıların etdiyi beynəlxalq zəngləri 1992-ci ildən bu yana dinləyirmiş.

Avropa.info xəbər verir ki, bu haqda “USA Today” qəzeti yazıb. Beynəlxalq zənglərin dinlənilməsi qərarını ABŞ hökuməti 11 sentyabrdan 10 il əvvəl veribmiş.

Qəzet yazır ki, amerikalıların zəng etdiyi 116 ölkənin nömrələri nəzarət altına alınıbmış.

ABŞ Ədliyyə Nazirliyi məlumatı təsdiqləyib, amma dinləmə əməliyyatının məqsədi haqda məlumatlar hələ də məxfi saxlanılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru