ABŞ Pxenyana görə kosmik qüvvələrini Cənubi Koreyaya göndərir

27-11-2022, 12:14           
ABŞ Pxenyana görə kosmik qüvvələrini Cənubi Koreyaya göndərir
Pentaqon Cənubi Koreyada ABŞ Kosmik Qüvvələri Komandanlığını yerləşdirmək niyyətindədir.

Bu barədə Cənubi Koreya mətbuatı ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb.


Qeyd olunur ki, Birləşmiş Ştatların məqsədi Şimali Koreyanın həyata keçirdiyi raket sınaqlarına nəzarət etməkdir.

Məlumatda həmçinin qeyd olunur ki, bu, Birləşmiş Ştatlar hüdudlarından kənarda ikinci belə strukturdur, birincisi noyabr ayında Havay adalarında yerləşdirilib.

Bundan əlavə, ABŞ hakimiyyəti ilin sonuna qədər Yaxın Şərq üzrə məsul olan əlavə hərbi komandanlıq yaratmaq niyyətindədir.

Mənbə: En.yna.co.kr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru