Avropa Məhkəməsi Rusiyaya qarşı iddianı qəbul etdi

25-05-2016, 10:06           
Avropa Məhkəməsi Rusiyaya qarşı iddianı qəbul etdi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ukraynada 2014-cü ilin iyulunda sərnişin təyyarəsinin vurulması nəticəsində ölən şəxslərin qohumlarının Rusiyaya qarşı qaldırdıqları iddianı qəbul edib.

Bu barədə AİHM-nin mətbuat xidmətindən bildirilib.

“Biz təsdiqləyirik ki, Ukraynadakı təyyarə qəzasına görə Rusiyaya qarşı qaldırılmış iddia 2016-cı ilin mayın 9-da katiblik tərəfindən qəbul edilib”, – deyə, mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə qurbanlarının Malayziya, Avstraliya və Yeni Zelandiyadan olan 33 qohumu Rusiyaya qarşı iddiaçı qismində çıxış edib.

Xatırladaq ki, 2014-cü ilin iyulun 17-də “Malaysia Airlines” aviaşirkətinin Amsterdam – Kuala-Lumpur marşrutu üzrə uçan “Boeing 777” tipli təyyarəsinin Donetsk vilayətində vurulması nəticəsində 298 nəfər həlak olmuşdu. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru