ABŞ-da 23 yaşlı ukraynalı qız qətlə yetirildi

Bu gün, 07:54           
ABŞ-da 23 yaşlı ukraynalı qız qətlə yetirildi
ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində 23 yaşlı Ukrayna vətəndaşı İrina Zaruçkaya amansızcasına qətlə yetirilib.

Editor.az xəbər verir ki, bu barədə The Charlotte Observer məlumat yayıb.

Məlumata görə, o, müharibədən qaçaraq yaxın vaxtlarda ABŞ-a köçüb. Gənc qadının meyiti cümə günü axşam saatlarında South End tramvay stansiyasında aşkarlanıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri müəyyən olunub. Hadisə yerinə gələn həkimlər İrina Zaruçkayanın öldüyünü təsdiqləyiblər.

Polis artıq cinayətdə şübhəli bilinən şəxsi saxlayıb. Onun 34 yaşlı Dekarlos Braun olduğu açıqlanıb. Bildirilir ki, saxlanılan şəxs yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru