Çinin BYD avtomobil istehsalçısı elektromobillər arasında sürət üzrə yeni dünya rekordu müəyyənləşdirdiyini elan edib.
Oxu.Az bu barədə "Carscoops" saytına istinadla xəbər verir.
Belə ki, BYD-nin "Yangwang U9 Track Edition" hiperkarının trek modifikasiyası Almaniyadakı "ATP Automotive Testing Papenburg" poliqonunda saatda 472,41 km sürət yığıb.
Bununla da o sürət üzrə göstəricidə Xorvatiyanın "Rimac Nevera R" avtomobilini üstələyib. Sözügedən maşın cari ilin iyulunda 431,45 km/saat nəticə göstərmişdi.