İsrail ordusu dron operatorlarının hazırlanmasına başlayır

Bu gün, 08:14           
İsrail Müdafiə Ordusu ilk dəfə olaraq zərbə təyinatlı FPV dronları üçün müqavilə imzalayıb. Militarnyi nəşrinin məlumatına görə, pilotsuz uçuş aparatları öncə xüsusi təyinatlı bölmələrə veriləcək.

Editor.az xəbər verir ki, tenderin qalibi İsrailin pilotsuz sistemlər istehsalçısı Xtend şirkəti olub. Müqaviləyə əsasən, orduya 5 min kamikadze dron və əlavə avadanlıq təqdim ediləcək. Sazişin ümumi dəyəri 5,9 milyon ABŞ dolları təşkil edir.

Məlumata görə, alınacaq dronların uzunluğu təxminən 25 santimetr, yükdaşıma qabiliyyəti isə 2,5 kiloqramadəkdir. Bir dronun dəyəri təqribən 1000 dollar qiymətləndirilir.

Yaxın vaxtlarda İsrail ordusunda yeni sistemlərin idarə olunması üçün operatorların hazırlığına başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru