Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat etdi

Bu gün, 07:58           
Tanınmış jurnalist Rüstəm Qaraxanlı vəfat etdi
Tanınmış jurnalist, Oxu.Az-ın redaktoru Rüstəm Qaraxanlı dünyasını dəyişib.

Bu barədə Oxu.Az-a mərhumun ailəsi məlumat verib.

1978-ci il təvəllüdlü R.Qaraxanlının ötən gün axşam saatlarında səhhətində qəfil yaranan problemdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, o, bir sıra mətbu orqanlarda köşə yazarı kimi fəaliyyət göstərib.

Saytımızın kollektivi Rüstəm Qaraxanlının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru