"Nvidia" 8 milyard dollar itirə bilər

Bu gün, 09:08           
"Nvidia" 8 milyard dollar itirə bilər
ABŞ-ın texnologiya nəhəngi "Nvidia" bu həftə ikinci rübün maliyyə nəticələrini açıqlayacaq.

Valyuta.az xəbər verir ki, şirkəti Çinə çip satışlarına qoyulan məhdudiyyətlər səbəbindən təxminən 8 milyard dollarlıq itki gözləyir.

Belə ki, ABŞ Prezidenti Donald Trampın qərarları bu prosesdə mühüm rol oynayıb. O, əvvəlcə "Nvidia"nın Çinə satışlarını qadağan etmiş, iyulda bu qadağanı aradan qaldırmış, avqustda isə satışlardan 15% dövlət haqqı tətbiq etmişdi.

Buna baxmayaraq, analitiklər "Nvidia"nın ikinci rübdə 46,2 milyard dollar gəlir əldə edəcəyini və hər səhm üzrə 1,01 dollar qazanc göstərəcəyini proqnozlaşdırırlar. Ötən ilin eyni dövründə bu rəqəmlər 30 milyard dollar və 0,68 dollar olmuşdu. Əsas gəlir data mərkəzlərindən (41,2 milyard dollar) və oyun seqmentindən (3,8 milyard dollar) gözlənilir.

Qeyd edək ki, Nvidia iyul ayında 4 trilyon dollardan çox bazar dəyərinə çataraq tarixdə bu həddi aşan ilk şirkət olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru