Tariyel Azerturk: "TÜRK OĞLU TÜRK ŞAH İSMAYIL XƏTAİ SƏFƏVİ LƏKƏ GÖTÜRMƏZ !"
Bu gün, 08:50

Güntay adlı biri var. Bir hey FATEH və ŞAİR və ŞAH OĞLUMUZA ləkə yaxmağa çalışır. KEÇMƏZ ! U cür müəmmalı səs sahibinin TÜRK OĞLU TÜRK ŞAH İSMAYIL XƏTAİYƏ çamur atmağa haqqı yoxdur !
TÜRK OLMASAYDI ŞAH BABAMIZ, NİYƏ TÜRK DİLİNDƏ TÜRKÜN MİXİ YAZILI TARİXİNDƏN DƏ ƏVVƏLKİ ƏZƏLİ VARLIĞINA ŞEİR QOŞURDU? ONUN ADƏMDƏN BELƏ QABAQ YARANDIĞINI İSBATLAYIRDI?
"YER YOX İKƏN, GÖY YOX İKƏN, TA ƏZƏLDƏN VAR İDİM, GÖVHƏRİN YEK DANƏSİNDƏN İLƏRİ PƏRGAR İDİM.
İncil yazır: "Allah Yeri, Göyü, suyu yaratdı. Meşələri, heyvanları, quşları yaratdı. Və onlara TİRRİK dedi". Tirrik bizdə bugünkü DİRRİK`dir - Həyat, Yaşam. "Dirriyin nətərdi?" sualını çox eşitmişik. Mixi yazılarda TÜRÜK kimi yazılan adımız haman Allahın TİRRİK sözündən gəlir.
ŞAH İSMAYIL XƏTAİ bu beytində buna işarə edir. Və "Gövhərin yek danəsindən..." deyəndə, GÜNƏŞİN YEK IŞISINDAN yarandığımız səmtini göstərir.
Gövhər qiymətli daş, cəvahirdir. Ancaq məcazi mənada, təşbeh kimi onun bir anlamı da var: Parıldayan, işıq mənbəyi olan yer mənası da mövcuddur onda. U "yer" haradır? Əlbəttə, ŞƏMƏŞ yəni GÜNƏŞ !
ŞAH-ŞAİR bunu deyir. İkinci beytə baxıın:
GÖVHƏRİ AB EYLƏDİM, TUTDU CAHANI SƏRBƏSƏR,
YERİ, GÖYÜ, ƏRZİ-KÜRSİ YARADAN SƏTTAR İDİM.
Həmin Gövhərin (parıldayan nəsnənin, yerin) ışısından (şüasından) Cahanı tutan AB - SU elədim. Yeri, Göyü, Ərzi-Kürsi yaradan Səttar yəni gizli, örtülmüş, burada gözəgörünməz varlıq (Allah) idim. Nəsimidən fərqli olaraq din uğrunda qılınc çalan adam özünə açıq-saçıq Allah deyə bilməzdi. Priyomuna baxıın:
... YARADAN SƏTTAR İDİM. deyir.
Canlının yaranma teoriyasına əsasən, ilk canlı hüceyrə okean şəklində olmuş bulyonda peyda olub.
Yerdə həyatın əmələ gəlməsini izah edən 4 nəzəriyyədən (1. Allah yaradıb, 2. Öz-özünə yaranıb, 3. Kosmosdan gəlib) biri - elmdə ciddi qəbul edilən və doğru və yaşarı sayılan Oparin–Holdeynin irəli sürdükləri həyatın biokimyəvi evolyusiyası hipotezidir.
Həyat yerdə 3,8 milyard il, əvvəlcə atmosfer hadisələrinin suya təsiri nəticəsində zaman keçdikcə mürəkkəb quruluşa çevrilən birhüceyrəli bakteriya şəklində peyda olur.
20-ci əsrdə yaranan bu hipotezi və ya nəzəriyyəni 16-cı əsrdə yaşamış Şah İsmayıl Xətai haradan bilirdi ki, Gövhərdən (kosmosdan) gələn deyək bakteriyaların sonda Yerdəki suda biokimyəvi canlı nüvəyə (DNT) çevrilməsindən bəlkə xəbəri var idi?
AB kəlməsini hamı farsca su olduğunu təsdiq edir. Bu, birmənalıdır. Ancaq AB Türkün gil lövhələrə qazıdığı mixi yazılarda SU anlamında işlənir – özü də 5 min il öncədən də, bəlkə heç vaxt İtaliyada farsla kontaktda olmamış ETRUSK TÜRKÜ DƏ SU ilə yanaşı, həm də AB kəlməsi işlədir.
Mən (insan) - birhüceyrəli bakteriya şəklində bulyondan peyda olub strukturca böyüdüm və sonda sinni bilinməyən – nə vaxt əmələ gəldiyi qeyri-məlum ADƏM (İNSAN) oldum:
GİRDİM ADƏM CİSMİNƏ KİMSƏ DƏ BİLMƏZ SİNNİMİ,
MƏN BU BEYTULLAH İÇİMDƏ TA ƏZƏLDƏN VAR İDİM.
Mən bu beytullah (allahın məskəni, yurdu, səcdə olunan yer, bu mənada Məkkə və Kəbə də belə çağrılır) içimdə ta əzəldən var idim.
İncil, elə Tanah da, Musanın Beş kitabı - Tövrat da, Talmud da yazırlar ki, Allah gördü ki, tək olmaq Adəmçin çətin olacaq. Qərara gəldi ki, ona oxşar bir köməkçi yaratsın. Və onu yuxuya verib, qabırğasından Həvvanı çıxardı. Adəm ayılıb Həvvanı görən kimi sevincək:
“İndi bu sümük mənim sümüklərimdir,
bədən mənim bədənim.
O mənim eşimdir
Çünki o mənim bədənimdəndir”. (İncil, Mənşə kitabı, 23)
Yəqin Şah Qur`andan bunları bilirdi və ona görə deyir ki, Mən bu səcdəsinə gələçək qüdsal içimdə əzəldən var idim.
MƏN XƏTAİYƏM, HƏQQİ-HƏQQ CANIMI SAN BİR GÜMAN,
ONUN ÜÇÜN OL YARATDI, MƏN ONA DƏRKAR İDİM.
Ona görə O yaratdı ki, mən ona dərkar (əyan) idim. Məhz mənim yaranacağım Onun üçün şübhəsiz idi.
Bu ifadə ilə, ŞAH-ŞAİR öz şəxsini nəzərdə tutmur, Mütləq TÜRKÜ deyir. Niyə həyatı yaradandan sonra Allah ona TİRRİK (TÜRÜK) dedi? Mən deyərdim Şah babamız az qalır bu tarixi Həqiqətə nişan vursun.
Belə olan halda, ŞAH İSMAYIL XƏTAİNİN BƏRƏKƏTİNƏ*– mənşəyinə şübhə ilə yanaşanın özünü Allah öz ildırımı ilə vurub bir andaca suya döndərər. Elə vurub da. Cismani var olub öz soykökünə qara yaxmaq hələ var olmaq demək deyil.
________________________________________
TEZİSƏ EDİLƏN KÖMƏKÇİ QEYDLƏR:
* İndi mənim BƏRƏKƏT sözümü ərəbə verəcəksiniz. Deyəcəksiniz, Min ildən çoxdur müsəlman kimi hamımız ----- əlimizi üzümüzə çəkib fatə veririk: “Va barakatu ... ! ”. Min il fatə versəniz də o mənimdir.
Hebruca BEREŞİTDİR. Ondakı da Babilan dövründə məndən iqtibasdır.
BERE İstanbul ləhcəsində - təzəcə doğulmuş quzuya deyilir.
Sözün kökü hər iki dildə eynidir – doğulma, ondan yaranma, artıb-çoxalma, məhsul, bar. Söz ərəbin dəyil. Bax türkcə mixi yazılara:
3. [x x x] ba-ra-ka-tu [………………]
4. la masi su-te-mu-qi SHE.AM u-lu [………..]
Bəlkə belə bərpa etmək olar:
….. bərəkətü [getmiş bir evin]
La (kədəri) mazi (keçmiş ola), sitəmü gişə (cəza) am (hamıya) ulu…
BƏRƏKƏT sözünün bizim olduğunu görürsünüzmü?
Sırğa edin onu.
ŞAH İSMAYIL SƏFƏVİYƏ (şahlıq dövrü 1501-1524 ) İSƏ BİR TÜRK KİMİ SƏCDƏ EDİN.
Tariyel Azerturk
TEREF