Avstraliya İran səfirini ölkədən çıxarıb, Tehrandakı səfirliyini bağlayıb

Bu gün, 07:44           
Avstraliya İran səfirini ölkədən çıxarıb, Tehrandakı səfirliyini bağlayıb
Avstraliyanın Baş naziri Entoni Albaniz İran səfirini ölkədən çıxarıb.

“Mehr” xəbər verir ki, Albaniz İranı Avstraliyada baş vermiş antisemit hücumları yönləndirməkdə ittiham edib, İranın bu ölkədəki səfiri Əhməd Sadeqinin və daha üç iranlı diplomatın Avstraliyadan qovulmasına göstəriş verib.

Albaniz ölkəsinin SEPAH-ı terror təşkilatı elan edəcəyini bəyan edib.

Avstraliya XİN-in məlumatına görə, rəsmi Kanberra İkinci Dünya müharibəsindən bəri ilk dəfədir hansısa bir ölkənin səfirini qovur.

Bildirilib ki, İranla diplomatik əlaqələr davam edəcək, lakin Avstraliyanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ötən il Avstraliyanın Sidney və Melburn şəhərlərində anti-semit hücumlar baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru