Azərbaycanda zəlzələ oldu

Bu gün, 08:37           
Azərbaycanda zəlzələ oldu
Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ Azərbaycanda da hiss olunub. Belə ki, yeraltı təkanlar Qəbələ, Sumqayıt, Şabran, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gəncə, Ucar, Quba və Bakıda da qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.

Rusiya KİV-in məlumatına görə, təbiət hadisəsi Mahaçqala ərazisində 5,4 bal gücündə olub.

Bundan sonra Xəzərin Rusiya sektorunda dalğaların hündürlüyü artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru