Qeyd edək ki, Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Qazaxıstan klublarından yalnız "Astana" daha əvvəl Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi (2015/16 mövsümü).
Xatırladaq ki, pley-off mərhələsində mübarizə aparan təmsilçimiz "Qarabağ" cavab matçına avqust ayının 27-də doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.