İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər - FOTO

28-12-2022, 07:45           
İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər - FOTO
İranda hökumət məmurları 12 yaşlı uşağı öldürüblər.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Hormozqan əyalətində hökumət məmurlarının minik avtomobilinə açdığı atəş nəticəsində 12 yaşlı Səha Etibari həyatını itirib.

Minik avtomobilinin polislərin “dayan” əmrinə tabe olmadığı üçün atəşə tutulduğu bildirilir.

Hormozqan əyalətinin polis rəisi polkovnik Mehrdad Müşəvviq atəşə tutulan minik avtomobilində narkotik maddə daşındığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru