Türkiyənin kurort sahillərində ekoloji fəlakət riski yaranıb
Bu gün, 16:58
Türkiyənin Alanya kurortu ərazisində suyun çirklənməsi kritik həddə çatıb. Bu, dəniz flora və faunasına təhlükə yaradır.
Bu barədə "Yeni Alanya" nəşrinə Aralıq Dənizi Universitetinin dosenti Güray Doğan məlumat verib.
Doğanın sözlərinə görə, Alanya və Qazipaşa bölgəsinin sahil zonasında ekoloji tarazlığın pozulmasına yalnız turist yükü səbəb olmur. Eyni zamanda kənd təsərrüfatı tullantılarının axıdılması və dəniz suyunda mikrobların çoxalmasına gətirib çıxaran iqlim dəyişikliyi də bu problemin əsas səbəblərindəndir.
Doğan problemin həlli üçün təkcə ekoloqların əməyinin kifayət etmədiyini, turizm sənayesi və kənd təsərrüfatının birgə çalışmasının vacib olduğunu vurğulayıb. Onun fikrincə, təcili tədbirlər görülməsə, vəziyyət gələn ilin əvvəlində kritik həddə çata bilər.