"Ərəblər və İslam – Elm və Mədəniyyət nağılının iç üzündə nə var?"
Bu gün, 16:54

Bizi əsrlərlə inandırmağa çalışdılar ki, guya ərəblər və islam bu coğrafiyaya elm, mədəniyyət və ədalət gətirdi. Amma tarixi faktlar göstərir ki, həqiqət bunun tam əksidir. Ərəblərin işğal etdiyi torpaqlara gətirdiyi ilk şey, qılınc, qan, vergi, köləlik və qadınların alçaldılması idi. İslam adı altında tətbiq edilən qanunlar isə azad düşüncəni boğdu, tənqidi fikri küfr elan etdi və fərqli olan hər şeyi məhv etdi.
Bütün o "islam alimləri" deyilən şəxslərin əksəriyyəti, ya işğal olunmuş xalqların yetişdirdiyi alimlər idi, ya da qədim yunan, fars, hind və digər mədəniyyətlərdən oğurlanmış bilikləri ərəb dilinə çevirənlər. Ərəblərin özündə nə elm ənənəsi vardı, nə də yüksək mədəniyyət – bunlar onlara tamamilə yad idi. Onlar işğal etdikləri ölkələrin kitabxanalarını yandırdı, şəhərlərini taladı, mədəniyyət abidələrini məhv etdi, alimlərini ya islamlaşdırdı, ya da öldürdü.
İslamın elmə və mədəniyyətə verdiyi "töhfə" isə sadəcə dini mətnlərin şərhindən ibarət idi. Burada təbiəti anlamaq, incəsənəti inkişaf etdirmək və ya mədəni irsi qorumaq yox, insanı itaətkar etmək əsas idi. Sual vermək, şübhə etmək, araşdırmaq günah sayılırdı. Bu gün də islam ölkələrinin elmdə və mədəniyyətdə geri qalmasının əsas səbəbi budur – çünki əsrlərdir düşünmək və yaratmaq qadağan edilib.
Sorğulamaq vaxtıdır: Niyə hələ də işğalçını xilaskar, dini isə azadlıq və mədəniyyətin mənbəyi kimi göstərən yalanlara inanırıq?
mənbə: Sorğulamaq səhifəsi