Çində mağaranın içində açılan kitabxana ziyarətçiləri valeh etdi VİDEO

Bu gün, 15:08           
Çində mağaranın içində açılan kitabxana ziyarətçiləri valeh etdi  VİDEO
Çinin Quansi əyalətində böyük mağaranın içində kitabxana açılıb.

Oxu.Az "Oddity Central"a istinadən xəbər verir ki, açılışından sonra kitabxana tez bir zamanda turizm məkanına çevrilib və sosial mediada məşhurlaşıb.

Kitabxana öz dizaynı ilə ziyarətçiləri heyran edir: taxta yollar və eyvanlar, ətrafdakı dağların və gur yaşıl meşələrin mənzərəsi möhtəşəm görüntü yaradır. Bir çox istifadəçi qeyd edir ki, kitabxananın fotoşəkilləri sanki süni intellekt tərəfindən yaradılıb, lakin bu, hər kəs üçün açıq yerdir.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Myanhua kitabxanası təkcə mütaliənin populyarlaşmasına kömək etmir, həm də əyalətin ucqar ərazilərinə diqqəti cəlb edərək kənd turizmini inkişaf etdirir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru