Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi

Bu gün, 12:46           
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: -
Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna xüsusi xidmət orqanlarına işləyən əcnəbinin saxlanıldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında qeyd olunur.

İddialara görə, həmin şəxs Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri qaçırmağa çalışıb. Sözügedən sənədlərdə Rusiyaya hücum üçün imkan yaradan məlumatların olduğu bildirilib.

Saxlanılan şəxsin 1989-cü il təvəllüdlü Ukrayna vətəndaşı olduğu deyilir. Onun böyük qardaşından aldığı təlimatla bu addımı atdığı bildirilir.

Qeyd edək ki, son zamanlarda Rusiya ilə müşahidə olunan gərginlik fonunda bu ölkədə Azərbaycan adına qarayaxma kampaniyaları aparılır. Efirlərdə ölkəmiz hədəf alınır, uydurma məlumat və ittihamlar səsləndirilir. Dağıstanda əməliyyatın məhz Azərbaycanla sərhəddə keçirilməsinin vurğulanması da bu addımlardan biri kimi dəyərləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru