Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə Xamneyiyə qarşı etiraz aksiyaları keçirirlər
Bu gün, 16:12

Livandan sonra İraqda İran əleyhinə genişmiqyaslı təbliğat aparılır. İlk olaraq, bəzi millət vəkilləri çıxış edərək bildiriblər ki, İran artıq ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır.
İraq ordusu da bəyanat yayaraq vurğulayıb ki, İran ölkə daxilində silahlı qruplaşmalar formalaşdırmaqla kifayətlənmir, həm də İraqı özünə aid olmayan regional münaqişələrə sürükləyir.
Ardınca, İraq polisi rəsmi bəyanatla çıxış edərək, sübutlar əsasında bəzi iranlıların ölkəyə ibadət məqsədilə deyil, narkotik maddə satmaq və gəncləri zəhərləmək üçün gəldiklərini bildirib.
İraq din xadimləri isə İran vətəndaşlarını Hüseyn və Abbas ziyarətgahlarında din adı altında İran təbliğatı aparmaqda, xarici ölkələrə qarşı lənətlər səsləndirməkdə və siyasi şüarlar yaymaqda ittiham ediblər. Bu səbəbdən, İran bayraqları ilə İraq ərazisində yürüşlərə rəsmi şəkildə qadağa qoyulub.
Dünən isə İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani vəziyyətin ciddiliyinə toxunaraq çıxış edib. O bildirib ki, zəvvar adı ilə ölkəyə daxil olan şəxslər müqəddəs şəhərlərdə narkotik satışı ilə məşğul olurlar. Baş nazirin sözlərinə görə, bəzi iranlı qadınlar siğə adı altında cinsi xidmət göstərir və bu yolla qazanc əldə edərək ölkədən ayrılırlar.
Hazırda isə Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə etiraz aksiyaları keçirirlər. Onlar Ayətullah Xameneini sərt şəkildə tənqid edir və onu Şiə dünyasının nüfuzuna xələl gətirməkdə ittiham edirlər.
Джавид Дамирли
TEREF