İranlı ekspert: “Azərbaycan sözünün üstündə duran ölkədir”

Bu gün, 15:12           
İranlı ekspert: “Azərbaycan sözünün üstündə duran ölkədir”
“Azərbaycanın xarici siyasətində müstəqillik və suverenlik prinsipi əsas yer tutur. Bakı bütün tərəfdaşlarla birbaşa əməkdaşlığa üstünlük verir, razılaşmalara sadiq qalır və regional sabitliyin qorunmasında mühüm rol oynayır”.

Tribunainfo.az xəbər verir ki, bu fikilər iranlı ekspert Məcid Ruhiyə məxsusdur.

O qeyd edib ki, Azərbaycanın həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərindəki mövqeyi Rusiyanın iqtisadi və geosiyasi maraqları üçün əvəzsiz sayılır. “Rusiya ilə Azərbaycan arasında yaranan müvəqqəti gərginliklər münasibətlərin strateji xarakterinə kölgə sala bilmir”.

Ruhi vurğulayıb ki, Rusiyanın Zəngəzur dəhlizinə dəstəyinin əsas səbəbi Azərbaycanın bölgədə etibarlı və sabit tərəfdaş olmasıdır. “Azərbaycan isə öz növbəsində Moskva ilə münasibətləri qorumaqla, həm daxili sabitliyini gücləndirir, həm də beynəlxalq arenada əlverişli mövqelər əldə edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru