Yeni dünya rekordu: Xorvatiyalı dalğıc 29 dəqiqə suyun altında qalıb
Bu gün, 16:08
Xorvatiyalı dalğıc Vitomir Mariçiç suyun altında nəfəsini tutmaq üzrə yeni dünya rekordu müəyyən edib.
Oxu.Az news.ru-ya istinadən xəbər verir ki, o, hovuzda nəfəs almadan 29 dəqiqə 3 saniyə keçirərək Ginnesin Rekordlar Kitabına düşüb. Bu müddət nəfəsini təxminən 15 dəqiqə saxlayan delfinlərin göstəricisindən iki dəfə çoxdur.
Dalğıc suya tullanmazdan əvvəl 10 dəqiqə ərzində təmiz oksigen alıb. Bu, onun qanını və plazmasını maksimum dərəcədə doyuraraq bədənin güc ehtiyatını artırmağa imkan verib.