İllərdir baxımsız qalan keçid: Sakinlər təhlükə altında VİDEO

Bu gün, 16:18           
İllərdir baxımsız qalan keçid: Sakinlər təhlükə altında  VİDEO
Sosial şəbəkədə Biləcəri stansiyası yaxınlığında yerləşən yerüstü piyada keçidinin bərbad vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb.

Məlumata görə, pilləkənlər dağılıb və istifadəyə yararsız hala düşüb, keçidin müxtəlif hissələrində çatlar əmələ gəlib. Ərazidəki elektrik xətlərinin izolyasiyasının açıq olması isə əlavə təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, bu vəziyyət uzun illərdir davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, qurum vəziyyətdən xəbərdardır və yaxın vaxtlarda keçidin təmirinə başlanılacaq.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru