“ABŞ Ukraynaya “Patriot” sistemləri üzrə mütəxəssislər göndərməyəcək” - Lavrov
29-12-2022, 08:35
ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri üzrə mütəxəssislər göndərməyəcək.
APA xəbər verir ki, “RT”ə istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Vaşinqtondan müxtəlif kanallar vasitəsilə alınan cavabın bu cür olduğunu bildirib.
“Bizə kifayət qədər geniş izah verildi ki, bu, planlaşdırılmayıb. Amerikalılar Rusiyaya qarşı döyüşmək istəmirlər və bunu etməyəcəklər”, - deyə Lavrov bildirib.
Nazir onu da əlavə edib ki, Amerika tərəfinin zəmanətinə əsasən, Ukraynadakı “Patriot” sistemləri bir neçə ay ərzində istifadəyə veriləcək.