“Cənubi Koreya prezidenti Yun Sok Yel KXDR-ə məxsus pilotsuz təyyarələrin ölkənin hava məkanına daxil olmasını təxribat hesab edərək, bunun onlar üçün ağır nəticələnəcəyini diqqətə çatdırıb”.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, prezident ölkədə pilotsuz uçan aparatların gücləndirilməsinin sürətləndirilməsini əmr edib. O deyib ki, sülhü təmin etmək üçün Cənubi Koreya ordusu mütləq müharibəyə hazır olmalıdır.
Qeyd edək ki, dekabrın 26-da Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyaya məxsus 5 pilotsuz təyyarənin ölkənin hava məkanını zəbt etməsi barədə məlumat yayıb.