Razılaşma əldə edildi – Bölgədə gərginlik səngiyir

29-12-2022, 13:15           
Razılaşma əldə edildi –
Serbiya Prezidenti Aleksandar Vuçiç Kosovo ilə gərginliyə səbəb olan barrikadaların bu gün qaldırılacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Serbiyanın Kosovo ilə sərhədi yaxınlığındakı Raska kazarmasında kosovolu serblərlə görüşən Vuçiç görüşdən sonra açıqlama verib.

Prezident çox çətin bir gecə və görüş keçirdiklərini deyib: “Kosovo serblərindən barrikadaları aradan qaldırmağı xahiş etdim. İstərdim ki, sülh və əmin-amanlıq davam etsin. Hamını dinlədim. İnanıram ki, vədlər yerinə yetiriləcək.

Barrikadalar götürüləcək. Bu iki saatlıq iş deyil, bəlkə 24, bəlkə 48 saat davam edəcək, amma barrikadalar aradan qaldırılacaq”.

Barrikadaların qaldırılmasından sonra Kosovo serblərinin təqib olunacağı ehtimalını qiymətləndirən Vuçiç söyləyib: “Belə olan halda barrikadaları bir daha qaldırmamaq üçün quracaqlarını bildirdilər”.

Bu arada, Kosovo ilə Serbiya arasında gərginliyə səbəb olan keçmiş serb polis Deyan Pantiçin saxlanmasının ev dustaqlığına çevrilməsindən sonra Avropa İttifaqı (Aİ) və ABŞ birgə bəyanatla çıxış edib.

Serbiyanın Kosovodakı hökumət ofisinin rəhbəri Petar Petkoviç Aİ və ABŞ-ın bəyanatından sonra Vuçiçlə görüşərək, Kosovo serblərinin tələblərinin yerinə yetirilməsi üçün Aİ və ABŞ-dan zəmanət aldıqlarını açıqlayıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru