Rusiya vətəndaşlığından çıxanların sayı artıb

8-02-2023, 12:25           
Rusiya vətəndaşlığından çıxanların sayı artıb
2022-ci ildə Rusiya Federasiyasının vətəndaşlığından çıxan rusların sayı 4306 nəfər təşkil edib. Bu son ildə ən yüksək göstəricidir. AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti məlumat yayıb.

2020-ci ildə bu göstərici 3877, 2021-ci ildə isə 4055 olub.

Qeyd edək ki, ötən il fevralın 24-də Ukrayna ərazisində başlanılan xüsusi hərbi əməliyyata görə, ABŞ və bir sıra Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru