Yaponiya varlığını bilmədiyi minlərlə ada tapdı - FOTOLAR

4-03-2023, 09:14           
Yaponiya varlığını bilmədiyi minlərlə ada tapdı - FOTOLAR
Yaponiya özünə məxsus olan adalarla bağlı yenidən hesablama aparıb və onların əvvəl düşünüldüyündən 7000 ada çox olduğu məlum olub.

Bu, Yaponiya Geoməkan İnformasiya Təşkilatı (GSI) tərəfindən həyata keçirilən rəqəmsal xəritəçəkmə zamanı aşkarlanıb.

Müəyyən olunub ki, Yaponiya ərazisində 14 min 125 ada var və bu da 1987-ci ildən adaların sayı ilə bağlı rəsmi olaraq bilinən 6 852 sayından iki dəfə çoxdur.

Vurğulanır ki, yeni say geodeziya texnologiyasındakı irəliləyişləri və hesablama üçün istifadə olunan xəritələrin təfərrüatını əks etdirir. Lakin bu fakt Yaponiyaya məxsus torpaqların ümumi sahəsini dəyişmir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru