Aİ Ukraynaya 5,7 min günəş paneli verməyi planlaşdırır

4-03-2023, 09:44           
Aİ Ukraynaya 5,7 min günəş paneli verməyi planlaşdırır
Avropa İttifaqı (Aİ) Ukraynaya İtaliyanın “Enel” şirkətinin istehsalı olan 5 700 ədəd günəş batareyası vermək niyyətindədir.

Bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb.

“Aİ-nin energetika üzrə komissarı Kadri Simson, “Enel” şirkətinin baş direktoru Françesco Staraçe və Ukraynanən energetika naziri Herman Haluşenko “Enel”in hər birinin gücü 350 vatt, toplam gücü isə təxminən 2 meqavatt olan 5 700 ədəd günəş panelini vermək öhdəliyini alqışlamaq üçün hibrid formatda görüş keçiriblər. Bu panellər məktəblər, xəstəxanalar və yanğınsöndürmə hissələrinin enerji təchizatını təmin etmək üçün binaların dam örtüyündə ümumilikdə 11,4 min kvadrat metr sahəyə döşənəcək”, - AK-nın məlumatında deyilir.

Batareyaların tədarükü bu ilin yayına qədər həyata keçirilməlidir.

AK-nın relizində batareyaların hərbi ehtiyaclar üçün istifadə edilməsi imkanları qeyd edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru