ABŞ-ın Baş prokuroru Ukraynaya səfər edib

4-03-2023, 08:25           
ABŞ-ın Baş prokuroru Ukraynaya səfər edib
ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynanın Lvov şəhərinə bu ölkədə münaqişə ilə bağlı cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını müzakirə etmək üçün gözlənilmədən səfər edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Baş prokuror bir neçə görüş keçirib, ABŞ-ın Rusiyanı qonşu suveren ölkəyə təcavüzü zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək öhdəliyini bir daha təsdiq edib”, - məlumatda deyilir.

“ABC” telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, Qarland Ukraynanın baş prokuroru Andrey Kostinin dəvəti ilə Lvova “Ədalət naminə birlik” konfransında iştirak etmək üçün səfər edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru