ABŞ Ukraynaya 32-ci hərbi yardım paketini açıqladı – 400 milyon dollar...
5-03-2023, 00:09
ABŞ Dövlət Departamenti Ukraynaya 400 milyon dollarlıq yeni- 33-cü yardım paketi ayrıldığını elan etdi.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sözgedən qurumun yaydığı bəyanatda bildirilir. Bu paketə əsasən HİMARS raket sistemləri və “Bradley” piyadaların döyüş maşını üçün sursatlar, habelə M777 haubitsaları üçün mərmilər və tanklar üçün körpü döşəmələri daxildir.
“Rusiya başladığı müharibəni bu gün dayandıra bilər. Rusiya bunu etməyincə və nə qədər lazım olsa, biz Ukraynanın silahlanmasını gücləndirəcəyik. Bu onun danışıqlar masasında ən güclü mövqedə olması üçündür” - deyə, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin bəyanatında bildirilir.
Rusiyanın Ukraynaya hücumundan bu yana Birləşmiş Ştatlar Ukrayna ordusuna 32,2 milyard dollar dəyərində silah verib.