Çin 2023-cü ildə müdafiə büdcəsini 7,2 % artıracaq

5-03-2023, 11:04           
Çin 2023-cü ildə müdafiə büdcəsini 7,2 % artıracaq
Çin bu il müdafiə büdcəsini 7,2 % artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə bazar günü 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (ən yüksək qanunverici orqan) 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində qeyd olunub.

“Milli müdafiə xərcləri - 7,2 % artımla 1,553 trilyon yuan təşkil edib”, - sənəddə deyilib.

Qeyd edək ki, 2022-ci ildə Çin müdafiə xərclərini 7,1 % artıraraq 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar), 2021-ci ildə 6,8 faiz artıraraq 1,356 trilyon yuana (təxminən 209 milyard dollar) çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru