Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq

6-03-2023, 11:58           
Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq
Böyük Britaniyanın baş naziri Rişi Sunak martın 7-də La Manş boğazı boyunca qayıqlarla qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün qanun layihəsinin təqdimatı ərəfəsində insan qaçaqmalçılığına son qoyacağına söz verib.

Qanun layihəsi daxili işlər naziri Svella Braverman tərəfindən hazırlanıb.

Bildirilir ki, yeni qanunla Böyük Britaniyaya qayıqla gələnlərə sığınacaq verilməsi qadağan olunacaq və həmin şəxslər Ruandaya və ya “təhlükəsiz üçüncü ölkəyə” “mümkün qədər tez” göndəriləcəklər.

Həmçinin, gələnlərin qovulduqdan sonra Böyük Britaniyaya qayıtması qadağan ediləcək.

“Mən qayıqları dayandırmaq vədimə əməl etməkdə qərarlıyam. Odur ki, bura qanunsuz gəlsəniz, qala bilməyəcəksiniz”, - deyə Sunak bildirib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru