Çin pilotsuz təyyarələri və gəmiləri Tayvana yaxınlaşır

6-03-2023, 10:38           
Çin pilotsuz təyyarələri və gəmiləri Tayvana yaxınlaşır
Tayvan silahlı qüvvələri Çin Xalq Azadlıq Ordusunun təyyarə və gəmilərinin yaxınlaşmasını qeydə alıb.

Publika.az xəbər verir ki, bu barədə TASS Tayvan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

"Bu gün saat 06:00-a olan məlumata görə, Tayvan ətrafında 10 çin ​​təyyarəsi və 4 gəmi aşkar edilib", - məlumatda deyilir.

Bundan əlavə, Y-8 radar kəşfiyyat təyyarəsi və Çinin uzunmənzilli BZK-005 pilotsuz təyyarəsi Tayvanın identifikasiya zonasına (havadan müdafiə) daxil olub.

Cavab olaraq Tayvan vəziyyəti izləmək üçün hava və dəniz patrulları göndərib və radio xəbərdarlıqları yayımlanıb Adada yerüstü komplekslər yerləşdirilib.

Qeyd edək ki, yanvar ayında 57 Çin hərbi təyyarəsi və dörd gəmisi Tayvana yaxınlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru