Rusiya ilə bunu müzakirə etmək mümkün deyil

7-03-2023, 09:25           
Rusiya ilə bunu müzakirə etmək mümkün deyil
Rusiyanın hazırkı mövqeyi ilə START-ın uzadılmasından danışmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

N.Prays 2026-ci il üçün Rusiya ilə START-ın uzadılması istiqamətində aparılmalı olan danışıqları mənasız hesab edib:

"Bu sual hadisələrdən çox irəlidədir. Çünki Moskva sazişdə iştirakını dayandırdığını elan edib, hətta ondan əvvəl də, aşkar etdiyimiz kimi, Moskva müqaviləni texniki cəhətdən yerinə yetirməyib. 2026-cı ildə nə baş verəcəyi və potensial yeni müqavilə haqqında danışmazdan əvvəl diqqətimizi Rusiyanı amerikalıların, rusların və dünyanın maraqlarına uyğun olan öhdəliklərə qaytarmağa yönəltmək istərdik", - Prays qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru