Ermənistanda ara qarışdı: - Növbəti həbslərə start verildi

8-04-2015, 16:00           
Ermənistanda ara qarışdı: - Növbəti həbslərə start verildi
“Hakim rejimin göstərişi ilə hüquq mühafizə orqanları uzun müddətdən bəri İrəvanda “100 illiyə rejimsiz” şüarı ilə iqtidarı narahat edən “Təsisçi Parlament” siyasi qurum üzvlərinin zərərsizləşdirilməsi işinə start verib”.

Bu barədə Axar.az-a ermənişünas İsmayıl Tanrıverdi bildirib. O, Ermənistandakı siyasi həbs dalğasının uzunmüddətli olacağını bildirib:
“Dünən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və xüsusi müstəntiqlər qrupu İrəvan, Gümrü, Vanadzor şəhərlərində və qurumun rəhbər üzvlərinin evlərində aparılan axtarışlardan sonra hərəkatın fəal üzvləri Qaregin Çuqasızyan, Jirayr Sefilyan, Toros Sefilyan, Pavel Manukyan və Gevorq Safaryan kütləvi iğtişaşlar törətməkdə şübhəli şəxs qismində həbs olunublar. Buna qarşılıq olaraq hərəkat iştirakçıları divarlara vurduqları iri həcmli plakatlarda bir sıra tələblər irəli sürüblər: “rejimdən azad olmaq”, “müvəqqəti idarəçilik”, “növbdənkənar seçkilər”. Etirazlar zamanı bu tələblərin yerinə yetirilməsinə, yəni azadlığa üç addımın (3 həftə) qaldığını bildiriblər. Hərəkat üzvlərindən Qaqik Saruxanyan isə həbslərlə əlaqədar bildirib ki, terrorçu rejim üzvləri bu hərəkətləri ilə aprelin 24-də ölkədən qaçmaq üçün növbəyə duracaqlar.

Ekspertin sözlərinə görə, Ermənistanda siyasi həbslərin növbəti dalğası başlanıb və bu, uzun müddət davam edəcək:

“Bu gün hərəkat tərəfdarlarının mitinqi olacaq və narazı qüvvələr siyasi məhbusların təcili azadlığa buraxılması üçün ayağa qalxacaq. Qeyd edim ki, Ermənistanda vəziyyət göründüyündən də ciddidir. Hakimiyyət uydurma soyqırıma qədər xalqı bu yolla susdurmağa çalışdıqca siyasi həbslərin bundan sonra da davam edəcəyi və etirazların daha kəskin vüsət alacağı şübhəsizdir. Bütün bunlar hakimiyyətin sonunun yaxınlaşdığına bir işarədir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.