Yaponiya XİN: “Rusiya Kuril adalarının cənub hissəsini işğal edib”

11-04-2023, 10:18           
Yaponiya XİN: “Rusiya Kuril adalarının cənub hissəsini işğal edib”
Kuril adalarının cənub hissəsi hazırda Rusiya tərəfindən işğal altındadır və həmin ərazilər Yaponiyaya məxsusdur.

“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında deyilir.

Yaponiya XİN qeyd edib ki, bu ərazilərə sahiblik problemi Yaponiya-Rusiya münasibətlərinin həll olunmamış ən ciddi problemidir.

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, ölkə hakimiyyətinin Kuril adalarının cənub hissəsini təşkil edən adalarla bağlı mövqeyi gələcəkdə də dəyişməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru