KİV: Şimali Koreya əsl raketləri qorumaq üçün paradda işləməyən QBR-ləri nümayiş etdirib

12-04-2023, 10:37           
KİV: Şimali Koreya əsl raketləri qorumaq üçün paradda işləməyən QBR-ləri nümayiş etdirib
ABŞ kəşfiyyat analitikləri Şimali Koreyanın 8 fevral paradında nümayiş etdirdiyi qitələrarası ballistik raketlərin (QBR) “işlək olmayan sistemlər” olduğunu qənaətindədirlər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Şimali Koreya bunu ABŞ-yə nüvə təhlükəsini “təsvir etmək” və eyni zamanda özünün real QBR-lərini qorumaq üçün edib.

Qeyd olunub ki, agentlik ABŞ kəşfiyyatının sızmasından sonra “məxfi” və “tam məxfi” qrifli 50-dən çox sənədi gözdən keçirib.

Sənədlərin birində vurğulanıb ki, KXDR-in məqsədi “yəqin ki, ABŞ-yə yaxınlaşan nüvə təhlükəsini təsvir etmək” olub.

Mətbuatda yayılan məlumatlara görə, hazırda nazirliyin yüksək vəzifəli şəxsləri “sızmanın” arxasında kimin dayandığını bilmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru