Moskva İrəvandan İZAHAT istəyib

12-04-2023, 19:07           
Moskva İrəvandan İZAHAT istəyib
“Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib”.

TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz erməni tərəfdaşlarımızdan NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamız barədə qərar verəcəyik.

Təbii ki, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru