Niderland Rusiyadan maye qaz idxalını tamamilə dayandırmağı planlaşdırır

13-04-2023, 08:14           
Niderland Rusiyadan maye qaz idxalını tamamilə dayandırmağı planlaşdırır
Niderland hökuməti Rusiyadan maye qaz idxalını tamamilə dayandırmağı planlaşdırır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Niderlandın energetika naziri Rob Etten bildirib.

Onun sözlərinə görə, Niderland bu il Rusiyadan LNG idxalı üzrə yeni müqavilələrin imzalanmasını dayandırıb və hazırda mövcud müqavilələrin ləğvi üzərində işləyir.

“Rusiyanın təbii enerji mənbələrini sistemimizdən kənarda saxlamaq üçün əlimizdən gələni etməliyik, artıq kömür, boru kəməri ilə tədarük edilən qaz və neft sahəsində uğur qazanmışıq”, - R.Yetten deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru