ABŞ-ın strateji neft ehtiyatı son 40 ilin ən aşağı səviyyəsinə düşüb

13-04-2023, 11:34           
ABŞ-ın strateji neft ehtiyatı son 40 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-ın strateji neft ehtiyatı 369,6 milyon barelə qədər azalıb ki, bu da 1983-cü ilin noyabrından indiyədək ən aşağı səviyyədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin enerji informasiya departamentinin həftəlik icmalında deyilir.

Qeyd olunur ki, 1983-cü ilin noyabrında ABŞ-ın neft ehtiyatı da 369,6 milyon barel təşkil edib. Eyni zamanda, son bir həftə ərzində göstərici 1,6 milyon barel azalıb.

Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ hakimiyyəti çətinliklərə baxmayaraq, vergi ödəyicilərinin xeyrinə neft ehtiyatlarını artırmağı planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru