“Pakistandan Ukraynaya 230 konteyner silah göndəriləcək”
13-04-2023, 12:54
“Pakistandan Ukraynaya 230 konteyner silah göndəriləcək”
Hurriyyet.az xəbər verir ki, “Ekonomik Tayms” (“The Economic Times”) nəşrinin iddiasına görə, aprel ayı ərzində Pakistan Ukraynaya hərbi təchizatla yüklənmiş 230 konteyner göndərəcək. Xəbərdə hərbi yardım daşıyan “MV Bokram” və “MV Kherson” gəmilərinin Karaçi limanından çıxacağı bildirilir. Nəşrin yazdığına görə, Pakistandan Ukraynaya tanklar və raketlər də daxil olmaqla, silah daşıyan gəmilər daha çox Amerika və Avropa bayraqlarından istifadə edirlər. Polşa və Almaniyadakı limanların Pakistandan silah idxalının əsas qapıları olduğu yazılıb.