Bayden sızdırılan məxfi sənədlərlə bağlı məsələyə münasibət bildirib 14-04-2023, 00:16 ABŞ prezidenti Co Bayden Ukrayna müharibəsi və ABŞ-ın müttəfiqləri ilə bağlı çox həssas informasiyaların mətbuata sızdırılmasına münasibət bildirib.APA AFP-yə istinadən xəbər verir ki, bu barədə İrlandiyada səfərdə olan Prezident Bayden jurnalistlərə deyib."Bunun baş verməsindən narahatam" - deyən ABŞ Prezidenti əlavə edib ki, hərtərəfli araşdırma gedir."Biz bəzi nəticələrə gəlməyə yaxınlaşırıq", - Bayden vurğulayıb.Xatırladaq ki, son günlərdə Ukraynadakı müharibə və onun detalları ilə bağlı çox vacib kəşfiyyat sənədləri mətbuata sızdırılıb. Facebook-da paylaş