"İran qadınlarının abırsız geyimi ekologiyaya ziyan vurur" — Müctəhiddən yeni fətva

13-06-2016, 12:36           

"Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır"

Ölkə.Az xəbər verir ki, “The Guardian” qəzetində “İran qadınlarının geyimi çayları qurudur” adlı məqalə dərc edilib.

İranın tanınmış din alimlərindən biri - Seyyid Yusif Təbatəbayi-Nejadın fikrincə, İran qadınlarının “abırsız” geyimi ölkə çaylarının qurumasına səbəb olur.

İsfahanda cümə namazına başçılıq edən ayətullah Təbatəbayi əxlaq polisini hicaba düzgün əməl etməyən qadınların həbsinə çağırıb və deyib ki, belə qadınların mənəviyyatsız davranışı ətraf mühitə dağıdıcı təsir göstərir.

Bu həftə keçirilən ibadət zamanı ayətullah deyib: “Mənim ofisimə suyu qurumuş Zəyəndərud çayının sahilində sanki Avropadaymışlar kimi şəkil çəkdirmiş qadınların fotoları çatdırılıb. Bu çayın qurumasına səbəb elə bu sayaq davranışlardır. Mən Kommunikasiya Nazirliyinə bu cür ədəbsizlik hallarını yayan şəbəkələri ifşa etməyə çağırmışam. Bunu etməsəydim, deməli vəzifəmin öhdəsindən gəlməzdim. Kommunikasiya Nazirliyi bu adamları tapıb boğmalıdır” – deyə ruhani vurğulayıb.

Təbətəbayi söyləyib ki, polis bu əxlaqsızlığın kökünü kəsmək üçün Hizbullahi qüvvələrdən istifadə etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.